Kokon
Nano Banana와 Generative Fill을 대신할 수 있는 무료 로컬 대안
아직 감지된 업데이트가 없습니다. GitHub 릴리스가 나오면 여기에 보입니다.
메이커가 쓴 소개는 위의 한 줄이 전부입니다. 더 자세한 내용은 저장소 README에서 읽을 수 있습니다. 저장소 README ↗
README 전체를 불러오는 중입니다.
README 전문 보기 ↗Müştərilərin hazır şablondan özlərinə sayt yaradıb birbaşa səhifədə redaktə etdiyi platforma.
npm install
npm run dev
http://localhost:3000http://localhost:3000/redaktorRedaktor dəyişiklikləri hələlik brauzerin localStorage yaddaşında qaralama kimi saxlanır. Verilənlər bazası Firebase (Realtime Database) olacaq. Təhlükəsizlik qaydaları firebase/ qovluğundadır, hələ Firebase layihəsinə tətbiq olunmayıb.
src/lib/default-site.ts: şablonun nümunə məzmunusrc/lib/site-context.tsx: sayt vəziyyəti və redaktə əməliyyatlarısrc/components/editable: mətn, şəkil və loqo redaktə komponentlərisrc/components/parallax.tsx: parallax qatısrc/components/template: şablonun bölmə və səhifələriLayihə petcrm-c0cfe Firebase layihəsinin əsas (default) Realtime Database və Storage bucket-indən istifadə edir. Qaydalar bütün bazaya şamil olur: sites, subdomains və published yollarından başqa heç nə oxunmur və yazılmır. Firebase qurulmayıbsa redaktor işləyir, amma dəyişikliklər yalnız həmin brauzerdə saxlanılır.
firebase/database.rules.petcrm-merged.json məzmununu yapışdırıb dərc edin. Bu fayl PET CRM-in mövcud qaydalarını və web-sayt qaydalarını birləşdirir. Baza yalnız web-sayt üçün olsaydı, firebase/database.rules.json istifadə olunardı.firebase/storage.rules məzmununu yapışdırıb dərc edin.web-sayt-az.vercel.app əlavə edin..env.example faylındakı NEXT_PUBLIC_FIREBASE_* dəyişənlərini yazın, sonra yenidən deploy edin.Hər istifadəçinin saytı sites/{uid}_{şablon} yolunda saxlanılır və qaydalar yalnız sahibinə oxumağa və yazmağa icazə verir. Giriş edilmiş redaktorda yüklənən şəkillər Storage-də sites/{uid}/ altında saxlanılır, bazada yalnız ünvanı qalır. NEXT_PUBLIC_FIREBASE_STORAGE_BUCKET verilməyibsə (və ya giriş edilməyibsə) şəkil qaralamanın və dərc olunmuş məzmunun içində base64 kimi qalır.
İstifadəçi redaktora daxil olanda və sayt dərc edəndə /api/notify marşrutu Telegram-a mesaj göndərir (e-poçt, şablon, dərc olunmuş saytın linki). TELEGRAM_BOT_TOKEN və TELEGRAM_CHAT_ID dəyişənləri yalnız serverdə, NEXT_PUBLIC_ olmadan verilir. Marşrut Firebase ID token-i yoxlayır, dərc hadisəsində subdomains/{ad} sahibliyini təsdiqləyir və təkrarları məhdudlaşdırır. Dəyişənlər verilməyibsə heç nə göndərilmir.
Redaktorda Dərc et düyməsi saytı /s/{ad} ünvanında açır (məsələn, web-sayt-az.vercel.app/s/demlik). Dərc olunmuş məzmun published/{ad} yolundan oxunur, ünvanın sahibi subdomains/{ad} ilə saxlanılır. Dərc zamanı hələ base64 qalan şəkillər Storage-ə köçürülür. Öz domeninizdə wildcard subdomen (ad.domen.az) sonradan əlavə olunacaq.
public/previews/ qovluğundakı tam səhifə şəkilləri şablonlar dəyişəndə yenilənməlidir. Layihə serveri işləyərkən (npm run build && npm start -- -p 3100) və playwright quraşdırılmış halda:
node scripts/make-previews.mjs
PREVIEW_BASE ünvanı, CHROME_PATH isə brauzer faylını göstərmək üçündür.
npm run typecheck və npm run lint: tip və kod yoxlaması.npm run check: layihə serveri işləyərkən (npm run build && npm start -- -p 3100) bütün şablonları desktop və mobil ölçüdə açır (konsol xətası, üfüqi overflow, h1, alt) və redaktorda mətnin reload-dan sonra qaldığını yoxlayır. CHROME_PATH brauzer faylını göstərmək üçündür.